“Azərbaycan Sənaye Sığorta” ASC-nin koronavirusdan vəfat edən Direktorlar Şurasının sədri, Türkiyə vətəndaşı Doğan Tandoğanın yerinə təyinat olub.
İnterpress.az-ın xəbərinə görə, həmin vəzifə şirkətin daxil olduğu “Azərsun Holdinq” MMC-nin əməkdaşı Rafiq Şahverdiyevə həvalə edilib.
Mərhum D.Tandoğan həm də holdinqə məxsus “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin sədri olub.
Bu vəzifəyə isə onun müavini Kənan Orucov təyin edilib.
İnterpress.az