Rüfət Həsənovun filmi 26-cı Sarayevo Film Festivalında qalib olubbackend

Rüfət Həsənovun filmi 26-cı Sarayevo Film Festivalında qalib olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənovun “Daxildəki ada” filmi 26-cı Sarayevo Film Festivalında qalib olub.

İnterpress.az-ın festivalın rəsmi saytına istinadən verdiyi məlumata görə, film “Ən yaxşı rejissor” nominasiyasında “Sarayevonun ürəyi” mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşcu operatoru Orxan Abbasov, quruluşcu rəssam Elturan Məmmədov, həmprodüsserləri Guillaume De Seille, Kamran Aydinov, prodüsserləri Rüfət Həsənov, Kamal Həsənov və Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov ifa edir.

Filmin baş qəhrəmanı, şahmatçı gənc mənəvi və fiziki təzyiqlərdən başını götürüb vəhşi atlar yaşayan və bir sakini olan adaya qaçır.

 

İnterpress.az