Abşeronda və Xızıda qanunsuz ov edən şəxslər yaxalanıb.
Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov deyib.
Onun sözlərinə görə, Abşeron rayonunun Pirəkəşkül və Xızı rayonunun Xanagah kəndi ərazisində qanunsuz ov edən Sumqayıt şəhər sakini Müşviq Quliyev, Bakı şəhər sakinləri Şahlar Həsənov və Elşad Əyyubov tutulublar.
Onlardan ov tüfəngləri və patron götürülüb.
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunublar.
İnterpress.az






