Bədən tərbiyəsi dərsləri təxirə salına bilərbackend

Bədən tərbiyəsi dərsləri təxirə salına bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İstər məktəblərdə bufetlər, istər ayrı-ayrı kütləvi tədbirlərin keçirilməsi ilə bağlı da müvafiq qaydalar hazırlanacaq”.

İnterpress.az-ın məlumatına görə, bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Əmrullayev deyib ki, soyunub-geyinmə otaqları imkan vermirsə, bədən tərbiyəsi dərsləri təxirə salına bilər: “Bununla bağlı Operativ Qərargahla birgə işlənilir, ictimaiyyətə məlumat veriləcək”.

 

İnterpress.az