Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.
Azərbaycan Müdafiə Nazirliyindən daxil olan xəbərdə bildirilir ki, Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.
İnterpress.az