İnterpress.az Türk mətbuatına istinad edərək xəbər verir ki,Bataklan Konsert Salonunda baş verən vəhşilik, içəridə qalan girovlardan birinin \”facebook\”dan paylaşdığı mesajlarla mediyada əks olundu. Məlum olub ki, hücum zamanı ağır yaralanan Bencamin Kazenoves adlı şəxs, cib telefonu ilə Facebook-a girərək, içəridə yaşanan dəhşəti kənardakılara bu sözlərlə çatdırır: \”Hazırda Bataklandayım. 1-ci mərtəbədə. Ağır yaralandım. Çox sürətli hücum etdilər. İçəridə hələ də yaşayanlar var. Hamı kəsib-doğrayırlar. Bir-bir. Həyatdayam. Qətliam. Hər yerdə ölü bədənlər var\”.
İnterpress.az