İnterpress.az Güneyli mənbəyə istinad edərək xəbər verir ki, son vaxtlar Azəri türkləri fars rejiminin azərbaycanlıları alçaltmaq məqsədi ilə Kanal-2 dövlət kanalında yayınladığı təhqir dolu proqramından sonra, Güney Azərbaycanın Urmiyə, Təbriz, Әrdəbil və hətta Tehran şəhrində çoxsaylı etiraz nümayişləri keçirirlər. Artıq bu nümayiş dalğası müqəddəs Qum şəhərinə çatıb. Belə ki, noyabrın 13-də bir qrup azəri türklərindən ibarət gənc Qum şəhərinin mərkəzi küçələrində millətimizin məkrli fars rejimi tərəfindən təhqir edilməsinə qarşı etiraz aksiyası təşkil edib.Güneyli soydaşlarımızın Qumdakı aksiyasından videonu sizə təqdim edirik.
İnterpress