Rəsul Quliyevin bağını almaq istəyən MTN generalı: o, kimdir?backend

Rəsul Quliyevin bağını almaq istəyən MTN generalı: o, kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az musavat.com-a istinadən bildirir ki, ortadakı səhnə isə gerçəkdən vahiməlidir. Dövlətin və prezidentin etimadından sui-istifadə edərək Azərbaycanın iş sektorunu, orta və iri biznesini çökdürən bir qrup ölkənin milli təhlükəsizliyinə ən böyük təhdid imiş. Azərbaycanın milli təhlükəsizliyini qorumalı olan komanda ancaq düşmənin edə biləcəyi bir əmələ imza atıb. Nazirlərdən bir neçəsini də şantajla tərəfinə çəkərək, bütövlükdə iş sektorunu çökdürmüş, iş adamlarına, sahibkarlara divan tutmuş, ölkənin iki ən böyük banklarını \”xortumlamış\”, dövlətin iqtisadi qüdrətini sarsıdacaq addımlara yol vermişlər.

Bu dəstənin cinayətləri yalnız iqtisadi sferada olmayıb; təkcə varlanmaq məqsədi güdməyib. MTN-in başında duran və özlərinə başqa sferalarda da tərəfdar toplayan dəstə iqtidarda əsas söz sahibinə çevrilmək, siyasi hakimiyyətə kontrolu təmin etmək üçün bir sıra qanunsuz, vətənə xəyanət sayıla biləcək addımlar da atmışlar. Böyük ehtimalla, xarici qüvvələrdən birinin də yaxından iştirakı ilə dövlət rəhbərlərinin iç və dış (kənar) danışıqları dinlənilmiş, dövlət rəhbərləri gizli şəkildə izlənmiş və bütün bunlar dosyeləşdirilmişdir.

İnterpress.az