İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Malinin paytaxtı Bamakoda yerləşən beş ulduzlu \”Raddisson Hotel\”-ə 2 silahlı tərəfindən hücum olunub. Təkbir gətirərək ətrafa təsadüfi atəş açan təcavüzkarların, aralarında mehmanxana işçilərinin də olduğu 170 nəfəri girov götürdüyü bildirilir. Girov götürülən 140 nəfərin mehmanxana müştərisi, 30 nəfərin isə oteldə işçisi olduğu bildirilir.
Adının açıqlanmasını istəməyən bir təhlükəsizlik işçisi,\” Hər şey yeddinci mərtəbədə olub. Təcavüzkarlar dəhlizə atəş açdı\” dedi.
BMT sözçüsü Olivier Salqado təcavüzkarların oteldə olduğunu və avtomat silahlarla silahlandıqlarını qeyd edərək, BMT hərbiçilərinin və Mali hökumət qüvvələrinin hadisə yerinə gəldiyini sözlərinə əlavə edib.
Varlı Avropalı müştərilərin üstünlük verdiyi oteli, bölgəyə uçuş edən Türk Hava Yolları (THY) personalının də istifadə etdiyi bildirilir.
ABŞ-ın Bamako Səfirliyi \”Twitter\” üzərindən, \”Səfirlik, Radisson Otelində silahlı təcavüzkarların olduğunu bilir. Səfirlik personalı sığınmağa bir yer tapsın. Bütün ABŞ vətəndaşları sığınmağa bir yer tapsın. ABŞ vətəndaşlarının ailələri ilə əlaqə saxlamasını tövsiyə edirik\”. Mesajlarını bölüşdü.
Avqust ayında da ölkənin Sevare qəsəbəsində yerləşən bir otelə təşkil olunan hücumda 4 əsgər, 5 BMT işçisi həyatını itirərkən, 4 silahlı quldur da öldürülmüşdü.
İnterpress.az