Hadisə Ə.Rəcəbli küçəsi, ev 34, mənzil 38-də qeydə alınıb. 1988-ci il təvəllüdlü Səbuhi Tahir oğlu Sofin yaşadığı evdə intihara cəhd edib.
O, bıçaqla qol və qarın nahiyyələrinə xəsarət yetirib. 27 yaşlı oğlan ailə üzvləri tərəfindən öz otağında qan içində aşkarlanıb.
Səbuhi Sofin təcili olaraq Kliniki Tibbi Mərkəzə gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb. ( teleqraf.com )
İnterpress.az