Bu barədə virtualaz.org-a E.Qasımovun yaxınları məlumat verib.
Onların sözlərinə görə, Elçinin hər iki valideyni bir neçə il əvvəl xəstəlikdən, yeganə qardaşı isə avtomobil qəzasında dünyalarını dəyişdiyindən o, tənha yaşayırmış.
Bir neçə gün əvvəl ondan bir xəbər olmadığını görən yaxınları Elçinin evinə gedərək bir xəbər tutmaq istəyiblər. Həyət qapısı bağlı olduğundan qohumları hasardan aşaraq evə keçiblər. Bu zaman mənzilin işıqları yansa, elektrik sobası isə cərəyana qoşulmuş halda olsa da Elçin evdə olmayıb. Onun mobil telefonuna da zəng çatmır.
Elçin Qasımovun yaxınları onun itkin düşməsi ilə bağlı bu gün Salyan Rayon Polis Şöbəsinə müraciət ediblər. Polis araşdırmalara başlayıb.
İnterpress.az