Yeni Zelandiyada turist daşıyan vertolyot buzlağa düşdübackend

Yeni Zelandiyada turist daşıyan vertolyot buzlağa düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, turistlərin Yeni Zelandiyanın cənub-qərb sahilindəki Cənub Dağların mənzərəsini seyr etmək üçün vertolyot icarəyə götürdükləri, vertolyotun çox sayda buzlaq yarıqlarının olduğu bir sahədə düşdüyü qeyd olunub.

Yeni Zelandiya mediasında yer alan xəbərlərə görə, polis mənbələri vertolyotun 762 metr yüksəklikdəki bir yarığın içinə düşdüyü bildirdi.

Detektiv Con Kanninq vertolyot dağıntısının yüzlərlə kvadratmetr sahəyə dağıldığını, bu təhlükəli bölgədə ölənlərin cəsədlərini əldə etmək çox çətin olduğunu söylədi.

Yeni Zelandiya polisi qəzada ölənlərin ailələri ilə əlaqə saxlamağa çalışır.

Dünyadakı ən sərt buzlaqlardan olan 13 kilometr uzunluğundakı \”Foks Buzlağı\” hər il təxminən min nəfər tərəfindən ziyarət edilir.

İnterpress.az