Kərbəlada terorrun qarşısı alındıbackend

Kərbəlada terorrun qarşısı alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ərəb mətbuatına istinad edərək xəbər verir ki, İraqda, oyuncaq körpələrin içinə yerləşdirilmiş bombalarla Şiyyə zəvvarları hədəf almağı planlaşdıran İŞİD-in terror aktının qarşısı alındığı ortaya çıxdı. İraqlı təhlükəsizlik qüvvələri, paytaxt Bağdadın şimalında içinə partlayıcı yerləşdirilmiş 18 oyuncaq körpə tapdıqlarını zərərsiz hala gətirdiklərini bildirdi. Məlumata görə, İŞİD oyuncaq kuklaları Bağdadla Kərbəla arasındakı yola qoymağı və İmam Hüseyn(ə) türbəsini ziyarət etmək üçün Kərbəla şəhərinə gedəcək Şiyyə zəvvarları hədəf almağı planlaşdırırdı.

İnterpress.az