Peşmərgə NATO-dan hərbi və siyasi yardım istədibackend

Peşmərgə NATO-dan hərbi və siyasi yardım istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az türk mətbuatına istinadən xəbər verir ki, \”IKBY\”-nin rəsmi internet saytından verilən yazılı açıqlamada, Nicat Mustafanın \”IKBY\”-ının rəsmi nümayəndəsi kimi Belçikanın paytaxtı Brüsseldə 61-ci NATO Ümumi İclasında iştirak etdiyi qeyd edilir. O, reqiondakı siyasi və təhlükəsizlik prossesləri əhatə edən nitq söyləyib.

Sözü gedən bəyanatda N.Mustafa, \”Kürdüstan regionu terror təşkilatı İŞİD-də görə ciddi siyasi və təhlükəsizlik təhdidi altındadır. Eyni zamanda münaqişələrdən dolayı bölgəyə axın edən qaçqınların vəziyyəti isə günü-gündən pisləşir\” fikrini vurğulayıb.

İŞİD-ə qarşı daha səmərəli mübarizənin toplanması üçün Peşmərgə qüvvələrinə NATO-nun hərbi və siyasi dəstək verilməsinin həyatı əhəmiyyət daşıdığını qeyd edən Mustafa, \” Bütün ölkələr, sərhəd tanımayan ortaq bir düşmənin təhdidi ilə qarşı qarşıyadır. Hazırkı vaxta qədər bu təşkilat ilə ən ön cəbhədə hər gün toqquşan Peşmərgə gücləri, İŞİD-in irəliləməsinin qarşısında böyük bir qalxan olub, dağıdılmasında mühüm rol oynamışdır\” dedi.

Kürd bölgəsinin mərkəzi hökumət ilə büdcə problemi yaşaması və regiona 2 milyon qaçqınının axın etməsinə baxmayaraq İŞİD-ə qarşı irəliləyişlərin olunduğunu xatırladan Mustafa, \”İqtisadi və qaçqın böhranına baxmayaraq, ön cəbhələrdə uğurlar yenə əldə edilir. Bu problemlərin dəf edilməsi və terrorizmlə mübarizə də ciddi addımların atılması üçün Kürdüstan hökumətinə NATO-nun hərbi, siyasi və humanitar yardımlar etməsi çox əhəmiyyətlidir\” deyə danışdı.

Ümumi düşmən və terrorla mübarizə adı altında NATO-ya bağlı ölkələrin Kürd regionu ilə daha yaxşı münasibətlər içərisinə girməsinin əhəmiyyətli olacağını bildirən Mustafa, \”Silahlı qüvvələrimizin silahlandırılması və təchiz edilməsi məsələsində ciddi addımlar atıla bilər. Toqquşmalarda yaralanan Peşmərgələrin müalicə edilməsi də başqa bir yardım məsələsi ola bilər\” dedi.

İnterpress.az