İŞİD-in qəlbinə girən jurnalist: Peşmərgəyə göndərilən silahlar İŞİD-dəbackend

İŞİD-in qəlbinə girən jurnalist: Peşmərgəyə göndərilən silahlar İŞİD-də

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az türk mətbuatına istinadən xəbər verir ki, jurnalist, Peşmərgəyə göndərilən silahların İŞİD silahlılarının əlinə keçdiyini qeyd edib.O, müsahibədə Qərbin siyasətini tənqid edir, İŞİD-ə ciddi bir zərbə endirilməsi üçün əvvəlcə Körfəz ölkələrindən təşkilata gedən silah və maliyyə kanallarının kəsilməsi lazım olduğunu deyir.

Alman jurnalist, \”İŞİD qəbul etməsə də, Səudiyyə Ərəbistanı kimi ölkələrin silah və maliyyə resursları təmin etdiyinə dair məlumatlar əldə etdim. Peşmərgələrə və Azad Suriya Ordusuna(ASO) göndərilən silah və pul tez-tez İŞİD-ə gedir. Mənə silahlarının böyük hissəsini ASO-dan aldıqlarını söylədilər. ASO isə silahlarını ABŞ-dan alır\” dedi.

Todenhofer, Qərb hərbi qüvvələri ilə İŞİD arasında birbaşa toqquşmalar baş verə biləcəyi xəbərdarlığını da edib. Jurnalist, \”Ruslar üçün bir şey demirəm, ancaq ABŞ Dəniz Donanması və Xüsusi Qüvvələrinin partizanlarla müharibədə heç şansı yoxdur. Partizanlar ölməyə hazırdır. ABŞ əsgərləri ölmək istəmir.\” dedi.

İnterpress.az