İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, mərkəzi Paris olan \”Europe1\” radiosunun xəbərinə görə, Fransanın İŞİD ilə mübarizə səyləri çərçivəsində Aralıq Dənizinə göndərdiyi \”Şarl de Qoll\” təyyarə daşıyan gəmisi, bölgədəki Rus qoşunları ilə əlaqəyə girdi.
Təyyarə gəmisində müxbirindən aldığı məlumatları ötürən \”Europe1,\” \”Bu an bütün təmaslar yaxşı bir şəkildə davam edir. Ancaq İŞİD-ə qarşı mübarizədə hələ koordinasiya təmin olunmadı. ABŞ ilə də gündəlik olaraq əməliyyat planlaşdırma görüşləri keçirilir\” ifadələrinə yer verib.
Rusiya, 30 sentyabrdan bu günə kimi Suriyada hava əməliyyatları keçirir. Fransa rəhbərliyi, Parisdəki hücumların arxasından ABŞ rəhbərliyindəki beynəlxalq koalisiyaya dəstəyini artırmışdı. Bu çərçivədə, \”Şarl de Qoll\” adlı Fransız təyyarə daşıyan gəmisi də bölgəyə sövq edilmişdi.
Rus və Fransız rəsmiləri, İŞİD ilə fəal mübarizə məqsədilə birgə işçi qrupu yaratmaq qərarı almışdı.
İnterpress.az