İranda daha 3 nəfər edam edilibbackend

İranda daha 3 nəfər edam edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinad edərək xəbər verir ki,edam edilən hər üç müttəhim, Həsən Durubi Müqəddəm, Murtuza Ləkzayi və Nəzir Əhməd Rigi noyabrın 21-i sübh saatlarında İranın Sistan-Bəlucistan əyalətinin Mərkəzi sayılan Zahidan zindanının həyətində dar ağacından asılıb. Edam edilənlərdən biri, Nəzir Əhməd Rigi Əfqanıstan vətəndaşı olub.
Qeyd edək ki, son aylarda İranda edamların sayının kəskin artması beynəlxaslq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub.

Interpress.az