İran əfqanları Suriyada qırğına verirbackend

İran əfqanları Suriyada qırğına verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sepah”ın “Fatimiyyun” briqadasının üzvləri olan İran vətəndaşı Məhəmməd Soxəndan və Əfqanıstan vətəndaşı Əlidust Həsənzadə bir neçə gün əvvəl Suriyanın Hələb şəhəri yaxınlığında İŞİD-çilər tərəfindən öldürülüb. “Sepah”çıların Suriyaya nə vaxt göndərildiyi bəlli deyil.
Xatırladaq ki, İran İslam Respublikası Bəşər Əsəd rejiminin əsas müttəfiq və himayədarlarından biri sayılır. Son aylarda Suriya hökumətini qorumaq məqsədilə bu ölkəyə göndərilmiş “Sepah”ın onlarla komandir və üzvü İŞİD qüvvələri tərəfindən öldürülüb. Artıq Suriyada həlak olan əfqan vətəndaşların sayı artmaqdadır. Bununla da İran məzhəb təəssübü adı ilə Suriyada şiyyə məzhəb əfqanları daxili müharibəyə cəlb edərək, bu münaqişənin arealını böyütmüş olur.

İnterpress.az