Nigeriyada “canlı bomba” terrorubackend

Nigeriyada “canlı bomba” terroru

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Nigeriyada terror təşkilatı \”Boko Haram\”-dan qaçan, əksəriyyəti gənc qızlar və uşaqlardan ibarət olan 8 nəfər, sığınmaq üçün gəldikləri Maidügüri şəhərində, bir qadının üstündəki bomba partlatması nəticəsində həyatını itirdi.

Milli Təcili İdarə Etmə Agentliyi Koordinatoru Məhəmməd Kanarın verdiyi məlumata görə, \”Boko Haram\” terrorundan qaçmaq üçün Dikva şəhərindən yola çıxan qrup, Maidügüri şəhərinin girişində, \”canlı bomba\” hücumu təşkil edən 20 yaşındakı bir qadın terrorçunun hədəfi oldu. Hücumda, əksəriyyətini gənc qız və uşaqların təşkil etdiyi 8 nəfər hadisə yerində dünyasını dəyişib, 7 nəfər də yaralanıb.

Nigeriyada çox saylı gənc qızı qaçıraraq girov saxlayan terror təşkilatı \”Boko Haram\”, indiyə qədər 2.6 milyon insanı evindən yurdundan didərgin etdiyi, 17 min insanın da ölümünə yol açdığı bildirildi. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, terror təşkilatı \”Boko Haram\” üzündən Nigeriyanın yalnız Maidügüri şəhərində 1.6 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb.