Noyabrın 23-də Bakı və Abşeron yarımadasında hava dumansız və buludsuz olacaq. Küləyin olması isə istisna deyil. Havanın temperaturu gündüz 9-16° təşkil edəcək. Gilavar küləyi gün ərzində güclənəcək.
Respublika ərazisində daxil olan gilavar qış aylarında havanın təmizlənməsnə xidmət edəcək. Cənub küləyi isə arabir güclənəcək.
Yuxarı Qarabağda səhər saatlarında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşam saatlarında isə çiskinli hava olacağı ehtimal olunur. Temperatur isə ötən günlə müqayisədə bir az yüksəlib, yəni 9-14° təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Ağdam, Füzuli və Cəbrayılda gün ərzində dəyişkən buludlu və yağmursuz keçəcək. Səhər saatlarında az duman müşahidə olunacaq və temperatur 17°-ni göstərəcək. Axşama doğu çiskin olacaq və temperatur 2-7° -yə qədər enəcək.
Böyük Qafqazda yerləşən Balakən, Zaqatala, Quba, Qusar, Xaçmazda gün ərzində hava yağmursuz keçəcək. Temperatur 11-16° təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatl, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən hava dəyişkən buludlu olacaq. Gündüz 13-18° isti, gecə 3-8° isti olacaq.
Rütübətli subtropik iqlimə malik olan Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən gün ərzində dəyişkən buludlu olacaq.Havanın temperaturunun12-17 ° isti və gecə isə buludluluq artaraq 6-8° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında isə yağmursuz hava şəraiti olacağı gözlənilir. Gündüz isə ərazidə cənub küləyi güclənək. Temperatur 12-17 ° isti, gecə isə 0-5° isti olacaq.(anspress)
Interpress.az