2005-ci ildən bu vəzifəni idarə edən Danil İbrahimov təqaüdə çıxıb. Hal-hazırda bu vəzifə İrada Əyyubovaya həvalə olunub.
Məlumat üçün deyək ki, İradə Əyyubova 1971-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. O, mühəndis-riyaziyyatçı ixtisası üzrə Azərbaycan Dövlət Neft Akademiyasını (ADNA) bitirib. Daha sonra Tatarıstana köçərək, orada hüquqşünas ixtisası üzrə də təhsilini davam etdirib.
O, müxtəlif vəzifələrdə işləyib, hətta, Tatarıstan Respublikasının mədəniyyət nazirinin birinci müavini də olub.
İradə Əyyubova – Tatarıstanın Nazirlər Kabineti yanında Əsas arxiv idarəsinin rəhbəri
Azərbaycanlılara xarici ölkələrdə vəzifə verilməsi ilk hal deyil. Bundan əvvəl də dəfələrdə həmyerlilərimiz ölkəmizdən kənarda müxtəlif vəzifələrə yiyələniblər.
Bu ilin iyul ayının 2-də “Xalqlar Dostluğu” fondunun təsisçisi və rəhbəri Araz Mürsəliyev Rusiya Dövlət Dumasının Milli Məsələlər üzrə Komitəsinin üzvi olub. Bundan başqa, Azərbaycan diasporunun fəal nümayəndələrindən biri Araz Mürsəliyev buna qədər iki ölkə arasında dostluq münasibəltərinin inkişafına verdiyi töhfələrə, eləcə də, yaşadığı şəhərdə ictimai fəaliyyətinə, fəal vətəndaşlıq mövqeyinə görə medal və təşəkkürnamə ilə təltif edilib.
Araz Mürsəliyev – Rusiya Dövlət Dumasının Milli Məsələlər üzrə Komitəsinin üzvi
Fevral ayında isə əslən azərbaycanlı Nəsirov Roman Mikayıl oğlu Ukrayna-Azərbaycan Parlamentlərarası Əlaqələr Üzrə İşçi Qrupuna sədr seçilib.
Roman Nəsirov Ukrayna Ali Radasına Prezident Pyotr Poroşenkonun “Blok Pyotr Poroşenka” Partiyasından seçilib, parlamentin gömrük və vergi məsələləri üzrə komitəsinə rəhbərlik edir.
Roman Mikayıl oğlu Nəsirov 1979-cu il martın 3-də Kiyevdə anadan olub. Atası Mikayıl Nəsir oğlu Nəsirov 1976-cı ildə Azərbaycandan Ukraynaya köçüb və ukraynalı xanımla ailə qurub. Bu nikahdan doğulan Roman Nəsirov orta məktəbi Kiyevdə bitirdikdən sonra əvvəlcə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin hüquq fakültəsində, daha sonra isə Şərqi London Universitetində (University of East London, STM) maliyyə və beynəlxalq menecment ixtisası üzrə təhsil alıb.
2014-cü il oktyabrın 26-da Ukrayna Ali Radasına keçirilən növbədənkənar seçkilərdə prezident Pyotr Poroşenkonun blokundan deputat seçilib. Parlamentin Gömrük və vergi siyasəti komitəsinin sədridir. Ailəlidir, Mikayıl və Aleksandr adlı iki övladı var.