İnterpress.az xarici mətbuata istinad edərək xəbər verir ki, Honq Konq mərkəzli televiziya kanalı \”Phoenix\”-sə müsahibə verən Bəşər Əsəd, Kobanili Aylan Kürdünün şəklini Qərb mediası təbliğat vasitəsinə çevirdiyini söyləyərək, \”O foto Qərbin təbliğat maşını oldu\” dedi.
Rusiyanın hava hücumlarının başlamasından bu yana Suriyada vəziyyətin \”yaxşıya getdiyini\” söyləyən Bəşər Əsəd, Vyanadakı danışıqların Moskvada davam etməsinin vacib olduğunu bildirib.
Əsəd, Vyana toplantısında alınan \”6 ay ərzində keçid hökuməti, 18 ay sonra seçki\” qərarı haqqında isə, \”Seçkidə namizəd olmaq mənim haqqımdır. Amma bu barədə danışmaq üçün hələ çox tezdir\” deyə danışdı.
Dialoq tərəfdarı olduğunu ifadə edən Əsəd, \”Amma konkret addımlar ancaq terrorçuların böyük bir məğlubiyyətə məruz qoyulmaları və hökumət qüvvələrinin geniş miqyasda nəzarəti ələ keçirmələrindən sonra ola bilər\” şəklində danışdı.
Vyanadakı Beynəlxalq Suriya Dəstək Qrupunun görüşlərində uzun müddətdən sonra ilk dəfə ortaq bir qərar çıxdı.
2016-cı ilin yanvarından etibarən 6 ay ərzində Suriyada bir keçid hökuməti qurulmasını nəzərdə tutan xarici işlər nazirlərinin iştirak etdiyi iclasda, sonrakı 18 ayda da seçkilərə gedilməsi məqsədi güdülür.
Ancaq ölkələr Bəşər Əsədin aqibəti mövzusunda və Suriyada döyüşən dəstələrin hansılarının \”terrorçu\” olaraq qruplaşdıracağı barədə razılaşmadılar.
Rusiya və İran, Bəşər Əsədin seçkilərdə iştirak etməsinin lazım olduğunu müdafiə edərkən, ABŞ və Türkiyə başda olmaqla bir çox ölkə Əsədlə \”yola davam\” fikrinin əksinədirlər.
Kobanili 3 yaşlı Aylan Kürdü , 2 sentyabr 2015-ci ildə, ailəsi ilə birlikdə Türkiyənin Muğla rayonunun Bodrum rayonundan Yunanıstanın İstanköy adasına rezin qayıqla keçməyə çalışarkən anası və qardaşı ilə birlikdə boğularaq həyatını itirdi.
\”Doğan \” İnformasiya Agentliyi müxbiri Nilufər Dəmirin çəkdiyi Aylan Kürdünün cansız bədənini göstərən fotoşəkil, beynəlxalq ictimaiyyətdə hiddət yaradıb.