Dünən Aylan bu gün Senabackend

Dünən Aylan bu gün Sena

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, qayaların arasına düşən 4 yaşlarındakı qız uşağının cəsədini balıqçılar tapıb.

Turqutreis məhəlləsinə iki mil uzaqlıqdakı Çatalada yaxınlığında ov edən həvəskar balıqçılar, qayaların arasında 4 yaşlarındakı bir qız uşağının cəsədini tapıblar. Sahil Təhlükəsizlik dəstələri, balaca uşağın cəsədini götürərək Turqutreis limanına aparıblar. Çataladada aparılan axtarışda, qaçqınlara aid qeydiyyat dəftərləri və pasportlara da rast gəlindi.
Faciədə sağ qalan Mirvan Hassan, Bodrum Dövlət Xəstəxanası morqu kiçik uşağın cəsədini ətraflı yoxlamadan keçirib. Mirvan Hassanın verdiyi ifadədə, \”Qayığa minəndə anası uşağına daim Sena deyə səslənirdi, o zaman öyrənmişdim adının Sena olduğunu\” dedi.
Senanın üzərində də, 2 sentyabrda baş verən faciədə cəsədi Bodrum sahilinə çıxan Aylan Kürdünün üzərində olduğu kimi mavi rəngli qısa şalvar və qırmızı paltar vardı.
İtkin düşən 6 nəfəri axtarış xilas etmə işləri isə davam edir.

İnterpress.az