Qocaman AYB üzvündən Anara şok ittiham: “Qaçıb Türkiyədə gizlənmişdi”backend

Qocaman AYB üzvündən Anara şok ittiham: “Qaçıb Türkiyədə gizlənmişdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yubilyar AzNews.az-a açıqlamasında Yazıçılar Birliyindən ona qarşı gözləmədiyi diqqətsizlik olunduğunu bildirib.

Qocaman AYB üzvündən Anara şok ittiham: “Qaçıb Türkiyədə gizlənmişdi”

Bundan həm pərt olduğunu, həm də qəzəbləndiyini söyləyən səbəbkar AYB-nin sədri Anara qarşı ağır ittihamlar səsləndirib: “Heç kəs məni təbrik etmədi. Yazıçılar Birliyinin ümumiyyətlə yadına düşmədim. “Ədəbiyyat” qəzeti belə mənimlə bağlı bir cümlə də təbrik verməyib. Necə ola bilər? Vahid Əziz 40 ildir Yazıçılar Birliyinin üzvüdür.

“Ədəbiyyat” qəzetinin nizamnaməsinə görə yubileyi olan hər bir yazıçı, şair orada təbrik olunmalıdır. Mən Qarabağ müharibəsi veteranıyam. Mən erməni gülləsinin qarşısında oturanda onlar haradasa kabab yeyib. bığlarını yağlayırdılar. Həmin vaxt – vətənin dar günündə Anar, Fikrət Qoca keflə məşğul idilər. Qorxudan Azərbaycandan qaçıb Türkiyədə gizlənmişdilər. Amma mən döyüşürdüm, xidmət edirdim.

Anar müəllim və Fikrət Qocadan soruşuram: Vahid Əziz Yazıçılar Birliyinin katibi olub, niyə məni təbrik etmədiniz? Heç olmasa, təbrik məktubu da yazardınız… Bunu necə başa düşək? Bu nə deməkdir axı? Bu nə ayrı-seçkilikdir?”

Xatırladaq ki, Vahid Əziz 1945-ci il noyabrın 23-də Ermənistanın Dərələyəz mahalının Əzizbəyov rayonunun Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olub. Tərtər rayonunda orta məktəbi bitirib, əmək fəaliyyətinə Əli Bayramlı şəhərində Şirvanneft trestində başlayıb. Azərbaycan Politexnik İnstitutunu bitirib, Bakı şəhər Partiya Komitəsində təbliğat və təşviqat şöbəsində təlimatçı (1976-1982), Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, mətbuat bölməsinin müdiri (1982-1989), Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini (1989-1991) vəzifələrində çalışıb.

Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin katibi, Bakı şəhər İcra hakimiyyətinin Reklam və Şəhər tərtibatı Departamentində \”Reklamların Azərbaycan dilində yazılışına nəzarət bölməsi\”nin müdiri, Dağlıq Qarabağ üzrə respublika təşkilat komitəsinin üzvü olub. Bədii yaradıcılığa 1967-ci ildə \”Ədəbiyyat və incəsənət\” qəzetində çıxan ilk şeirindən sonra başlayıb. 200-dən çox publisistik məqaləsi və müsahibəsi, yeni şeirlərlə vaxtaşırı çıxış edib, 40-dan çox şeirinə musiqi bəstələnib, diski buraxılıb. \”Dözmək olmur\” (1997) şeirlər kitabı çap olunub.

İnterpress.az