Rusiyada öldürülən İŞİD-çilərin sayı 14-ə çatıbbackend

Rusiyada öldürülən İŞİD-çilərin sayı 14-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, öldürülənlər “İslam Dövləti” (İŞİD) terror təşkilatının üzvləridir.

Yerli hüquq-mühafizə orqanları məhv edilən terrorçuların İŞİD nəzdində yaradılmış “”Mərkəz qrupu”-nun üzvləri olduğunu açıqlayıb. Onların arasında qrupun lideri Yuriy Bitsuyevin olduğu da bildirilir.

Qeyd edə ki, noyabrın 22-də səhər saatlarında Nalçik şəhəri yaxınlığında meşə massivində silahlı şəxslər aşkar olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları atışma zamanı 11 İŞİD-çini məhv ediblər.

Axşam saatlarında təhlükəsizlik qüvvələri şübhəli avtomobili saxlamaq istəyib. Avtomobildəki 3 nəfər onlara atəş açıb. Cavab atəşi ilə onların hər üçü öldürülüb.

Qeyd edək ki, noyabrın 10-da Nalçikdə İŞİD-in yerli özəyinin başçısı Robert Zankişiyev hüquq-mühafizə orqanları tərəfindən öldürülüb.

İnterpress.az