\”İnterpress.az\” DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 22-də Binəqədi rayonu ərazisindəki kafelərdən birində naməlum şəxs Türkiyə vətəndaşı Nail Akdoğanı bıçaqla hədələyib 60 manat pulunu, mobil telefonunu, qızıl saatını və qızıl üzüyünü alıb.
Binəqədi rayon 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rövşən Rəhimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az