İnterpress.az \”News.am\” saytına istinadən xəbər verir ki, bu barədə David Babayan açıqlama verib: Babayan: “Azərbaycan KİV-ləri tez-tez bu cür məlumat sızdırırlar və o qədər aludə olurlar ki, vasitəçilərin Dağlıq Qarabağın Azərbaycana qaytarılması bəyanatları\” haqqında yazırlar.\” deyib.
D.Babayan Azərbaycan KİV-lərində “Ceyms Orlik bildirib ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycanın nəzarətinə qaytarılması münaqişənin hərtərəfli həllinin bir hissəsi ola bilər\” xəbərinə də münasibətini belə açıqlayıb: \”Hazırkı halda ki, Azərbaycan KİV-ləri belə bir məlumat mənbəyi olublar, bu məlumat özlüyündə şübhə doğurur\”.
Eyni zamanda, Qondarma Dağlıq Qarabağ Respublikasının prezidentinin mətbuat katibi qeyd edib ki, 1920-21 və 1988-91-ci illərin sərhədlərinə qaytmaq söhbəti olmayacaq. \”Bu sərhədlərdə Dağlıq Qarabağ müstəqil dövlət kimi yaşaya bilməz. Bu rezervasiya və ya konslager olar. Bizdə belə konslagerdə yaşayış təcrübəsi var. Üstəlik bu, Ermənistana, sonra isə Dağlıq Qarabağa qarşı genişmiqyaslı təcavüzə Azərbaycanı təhrik etmək olardı. Buna görə də əvvəlki sərhədlərə qayıtmaq olmayacaq.\”
İnterpress.az