Azəriqaz bir rayonu bütünlükdə borclu çıxardıbackend

Azəriqaz bir rayonu bütünlükdə borclu çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bununla bağlı Kürdəmir sakinləri başda ölkə prezidenti İlham Əliyev olmaqla, bir neçə ünvana müraciət göndərib. Müraciətə imza atanlar qeyd edirlər ki, kimlərsə vətəndaşlardan yığılan qaz pulunu mənimsəyib və ya işlətdiyi mavi yanacağın haqqını ödəməyib. Bunun əziyyətini isə sıravi vətəndaşlar çəkir. Demək olar ki, bütün abonentlərə “Azəriqaz”a 50-200 manat arasında debitor borcu olduğu haqda xəbərdarlıq edilib. Amma borcun necə yarandığı izah edilmir. Hər ay qaz pulunu ödəyən vətəndaşların əlində bunu təsdiq edən qəbz var. Narazılıq edən vətəndaşlara Ağsu Regional İdarəsində \”yazılan borc elə-belə şeydir, ödəməyin\” deyirlər. Amma ödəmə məntəqələrində vətəndaşların adına yazılan qanunsuz borclar aktiv olaraq qalır.

Qeyd edək ki, bir müddət öncə Ağsu Regional İdarəsinin balansında olan Göyçayda da abonentlər eyni problemlə bağlı etiraza qalxmışdılar. Etirazçılar bildirirdilər ki, vaxtlı-vaxtında istifadə etdiyi təbii qazın dəyərini tam ödəmələrinə baxmayaraq, onların hesablarına debitor borcları yazılıb.(afn)

Azəriqaz bir rayonu bütünlükdə borclu çıxardı
Azəriqaz bir rayonu bütünlükdə borclu çıxardı

İnterpress.az