Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev İnterpress.az-ın sualına cavab olaraq deyib. Bu xəzinələr metro kartının satışı, gediş haqqının yüklənməsi və problem yaranan kartlarda bu kimi məsələləri həll etmək üçün idi. Sərnişinlərin əllərində pul olduğu üçün pul da xırdalayırdılar. Avqustun 8-dən artıq metroda gediş “Bakıkart” vasitəsilə həyata keçirilir. “Bakıkart”ın kartı da aparatda satılır. Gediş haqqı da həmin aparatlarda yüklənir. Yəni xəzinələrin funksiyası qalmadığına görə həmin kassalar oktyabrın 1-dən bağlanıb”.
İnterpress.az