İnterpress.az İran mətbuatına istinadən xəbər verir ki, paytaxt Tehranda Nigeriya Prezidenti Məhəmməd Buxarini qəbul edən Xamneyi, ABŞ-ın İraqda birbaşa İŞİD-ə dəstək verdiyini dedi. İŞİD-in qurulmasının və dəstəklənməsinin arxasında əsas ölkə kimi ABŞ-ın mövcud olması fikrini irəli sürən İran lideri, \”Terror təşkilatlarına qarşı yaradılan beynəlxalq koalisiyalar heç də etibarlı deyil\” deyib. İŞİD və Boko Haram kimi terror təşkilatlarıyla mübarizə üçün ABŞ və Qərb ölkələrinin əməkdaşlıq və yardımına ümid etməsinin səhv olacağı fikrini müdafiə edən Xameneyi, \”Qəti olan məlumatlara görə, İraqda ABŞ və regionun bəzi mürtəce ölkələri birbaşa İŞİD-i dəstəkləyir\” deyə danışdı. Nigeriya Prezidenti Buxari, bu gün Tehranda keçirilən Qaz İxracatçısı Ölkələri Forumu 3-cü Liderlər Toplantısında iştirak etmək üçün İranda gəlib.
İnterpress.az