7 aydır maaş almayan fəhlələrə xoş xəbərbackend

7 aydır maaş almayan fəhlələrə xoş xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”\”Azərinşaatservis\” MMC-nin əməkdaşları yaxın bir neçə gündə öz maaşlarını ala biləcəklər. Çünki Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu gün \”Azəryolservis\”in podratçı şirkətlə arasında olan razılaşma əsasında nəzərdə tutulan məbləğin ödənilməmiş hissəsini podratçı şirkətin hesabına yatırıb\”.

Bunu ANS PRESS-ə açıqlamasında \”Azəryolservis\” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Anar Nəcəfli deyib. Onun sözlərinə görə, \”Azəryolservis\”in sifarişçi şirkət kimi, podratçı şirkətə olan borcu bu gün tam şəkildə ödənilib:

\”Maliyyə Nazirliyi bu gün podratçı şirkətin hesabına \”Azəryolservis\” ASC tərəfindən qalan ödənilməmiş borcu yatırıb. Podratçı şirkət isə öz növbəsində çox yaxın zamanda subpodratçı şirkət olan \”Azərinşaatservis\” MMC-ə həmin maliyyə vəsaitini köçürəcək ki, bunun nəticəsində fəhlələr yaxın günlərdə öz maaşlarını ala biləcəklər\”.

7 aydır maaş almayan fəhlələrə xoş xəbər

Anar Nəcəfli – \”Azəryolservis\”in mətbuat katibi

Xatırladaq ki, \”Azərinşaatservis\” MMC-nin maaşını ala bilməyən bir bir qrup əməkdaşı maaş tələbi ilə dəfələrlə aksiya keçiriblər.

Onların ilk aksiyası oktyabr ayıanda baş tutub. Ziya Bünyadov prospektində yerləşən \”Azərinşaatservis\” MMC-nin ofisinin önünə toplaşan 200-dən çox işçi maaşlarının verilməməməsi səbəbindən belə bir addım atdıqlarını bildiriblər. Onlara 10 gün ərzində maaşlarının veriləcəyini deyilsə də, bu baş verməyib.
Fəhələlər adı çəkilən şirkətin Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə məxsus olduğunu iddia edirlər.

Onların sonuncu toplantı yeri noyabr ayının 19-da “Azəryolservis”in qarşısı olub. Onlar verilən vədlərin yerinə yetirilməsini və maaşlarının qaytarılmasını tələb ediblər. Sonuncu dəfə onlarla \”Azəryolservis\”in idarə rəisinin müavini Cəmil Rüstəmxanlı görüşmüşdü və fəhlələrə yaxın günlərdə problemlərinin həll ediləcəyini bildirmişdi.
Noyabrın 17-i və 19-da isə \”Azərinşaatservis\” MMC-nin maaşını ala bilməyən bir bir qrup əməkdaşı “Azəryolservis”in qarşısında toplaşıb.

7 aydır maaş almayan fəhlələrə xoş xəbər

Şirkətin işçiləri isə həmin vaxt ANS PRESS-ə bildirmişdilər ki, may ayından başlayaraq onlar maaş ala bilmirlər. Aksiyaya az adamın qoşulmasını da onlar pulsuzluqdan işçilərin nəzərdə tutulan yerə gələ bilməmələri ilə əlaqələndirmişdilər.

Fəhlələrin sözlərinə görə, 1000-dən işçi maaşa ala bilməyib.

İnterpress.az