Azərbaycanda 20-dən çox uşaqda mürəkkəb açıq ürək əməliyyatlarının icrası gözlənilirbackend

Azərbaycanda 20-dən çox uşaqda mürəkkəb açıq ürək əməliyyatlarının icrası gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, aksiya ərəfəsində ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi ilə yerli və xarici (İtaliyanın Milan şəhəri San Raffaele Hospitalı) həkim briqadaları tərəfindən 200-dən çox anadangəlmə ürək qüsurundan əziyyət çəkən xəstələrin müayinə və müalicələrin həyata keçirilməsi planlaşdırılır: “Bununla yanaşı 20-dən çox uşaq üzərində mürəkkəb açıq ürək əməliyyatların icrası gözlənilir. Bu əməliyyatların 12-si Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaiti üzrə həyata keçiriləcək”.

Aksiya çərçivəsində 15 günlük körpə uşağın yuxu arteriyasından ürəyin qapaq əməliyyatı keçirilib: “Nəticələr həkimlərin gözlədiyindən daha da yaxşı olub. Anadangəlmə ürək qüsuru olan 26 həftəlik körpənin əməliyyatı nəzərdə tutulub”.

Aksiya eyni zamanda, təşviqat xarakterli tədbirlərin icrasını da nəzərdə tutur.

Qeyd olunub ki, 2015-ci ildən başlayaraq ölkəmizin bir neçə xəstəxanasında uğurla icra olunan əməliyyat sayı artıq 500-ə çatır.(apa)

İnterpress.az