İnterpress.az change.org saytına istinadən xəbər verir ki, havadan və qurudan intensiv şəkildə bombardman edilən bölgədə,türkmən vətəndaşların yaşadığı kəndlər də hücumun hədəfi olur. Hücumlar nəticəsində yüzlərlə ölü və minlərlə yaralı var. Qadın və uşaqlardan ibarət olan minlərlə dinc sakin, Türkiyə sərhədinə doğru köç etməyə başlayıblar.
Rusiya və İran (Hizbullah) tərəfindən dəstəklənən Suriya, (Əsəd) hücumları \”İŞİD-ə qarşı əməliyyatlar\” kimi deyildiyinə baxmayaraq, hücumlar İŞİD və digər qüvvələrə qarşı canını, malını, namusunu, vətənini qorumağa çalışan Türkmənlərə qarşı aparılır.
Rusiya, İran (Hizbullah) və Suriya (Əsəd) qüvvələrinin ratsiyalarından ərazilər ələ keçiriləndə \”soyqırım və təcavüz\” tətbiq olunacağı bildirilir. Suriya Türkmənləri bir soyqırım təhlükəsi ilə üz-üzədir.
Dünyanın bütün ölkələrinin hökumətlərinə və dövlət başçılarına, beynəlxalq təşkilatlara, insan haqları təşkilatlarına, siyasi partiyalara və liderlərinə, media qurumlarına, bəşəriyyətə çağrımımızdır:
Suriyada Türkmən Soyqırımını Dayandırın!
İnterpress.az