O, bildirib ki, xəstə həqiqətən də kredit borcuna görə bu yola əl atdığını təsdiq edib: “Özünün dediyinə görə benzini başından töküb od vurub. Başı, boyun hissəsi, hər iki yuxarı ətrafı, tənəffüs yollarının ağır yanığı diaqnozu ilə xəstəxanaya daxil olub. Bədəninin ümumi olaraq 40 faizi yanıb. Hazırda vəziyyəti ağırdır, reanimasiya şöbəsinə yerləşdirilib”.
Həkimin fikrincə, xəstənin tənəffüs yolları yandığından həyatı üçün təhlükə var:
“Ağır vəziyyətdədir, anlaqlıdır. Xəstə “banka borcum var idi. Əvvəl 6 min manat olub, sonra artaraq 15 min manat olub. Ödəyə bilmədiyimdən benzini başımdan töküb od vurdum”, – deyə həkim bildirib.
Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Səməd Vurğun küçəsində yaşayan Malik Hüseynov özünü bu gün metronun \”Azadlıq\” stansiyasının yaxınlığında yandıraraq intihara cəhd olub.
Onun “Muğanbank”a avtomobil krediti borcu olduğu bildirilir.
İnterpress.azhttps://youtube.com/watch?v=VJPlpxthR2c