Vaşinqtonda İŞİD zirvəsibackend

Vaşinqtonda İŞİD zirvəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İŞİD əleyhinə koalisiyaya qoşulan ölkələrin ABŞ-dakı səfirləri ilə yüksək səviyyəli diplomatları beşinci dəfə Vaşinqtonda bir araya gəldi.
ABŞ Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlikdə keçirilən görüşdə koalisiya ölkələri terror hücumlarından sonra həmrəylik içində olduğunu və İŞİD-i məğlubiyyətə uğratmaq məqsədilə birgə çalışacaqlarına dair öhdəliklərini bir daha ifadə etdilər.
Baydenin isə İŞİD terror təşkilatının gücünün azaldılması və məhv edilməsi üçün ABŞ-ın koalisiya ortaqları ilə iş mövzusundakı tərəddüdsüz öhdəliyini xatırladıb.
ABŞ Prezidentinin İŞİD əleyhinə Qlobal Koalisiya Üzrə Xüsusi Nümayəndəsi Bret Makqurk, iclasda Suriya və İraqda İŞİD-ə qarşı aparılan əməliyyatlarda əldə edilən uğurlar haqqında səfirlərə məlumat verib. Makqurk, İŞİD-ə qarşı bölgədə edilən təzyiqlə yanaşı, təşkilatın qlobal terror təşkilatının üzərinə gedilməsinin önəmini qeyd etdi.

Amerikalılara görə Obamanın dəqiq bir İŞİD planı yoxdur
Makqurkdan sonra Türkiyənin Vaşinqton Səfiri Sərdar Kılınc, Bəhreyn Xarici İşlər Naziri Xalid bin Əhməd bin Məhəmməd əl-Xəlifə ilə Fransa, İtaliya, İraq və Livanın ABŞ səfirləri, koalisiyaDA olan öhdəliklərindən danışdılar.
Çıxış edənlər, İraqda sabitliyin bərqərar olmasını hədəfləyən əməliyyatlara dəstək, humanitar yardımın artırılması, İŞİDİ-in gəlirləri ilə regiona əcnəbi döyüşçü axınının kəsilməsi üçün məlumat mübadiləsi kimi məsələlərdə koalisiya ölkələrinin səyləri barədə məlumat veriblər.
Açıqlamada, \”İclas, bütün koalisiya üzvlərinin bu təhdidlə birbaşa üzləşmək və buna qarşı ittifaq içində dayanmaq haqqında qərarlılığını ortaya qoydu. Koalisiya, İŞİD-in regiona və qlobal cəmiyyətə gətirdiyi bəlanın həlli məsələsində qətiyyət üçün ittifaq halındadır\” ifadələrinə yer verilib.

İnterpress.az