Bu barədə Ermənistanın “Qraparak” qəzeti məlumat yayıb.
Qəzet qeyd edir ki, Parisdə danışıqlar masasında yeni təkliflər olmayacaq, tərəflər əsasən atəşkəs rejiminə əməl etmək və danışıqları davam etdirmək məsələlərinə toxunacaqlar.
APA-nın məlumatına görə, noyabrın 30-dan dekabrın 11-dək Parisdə 21-ci BMT İqlim Dəyişikliyi Konfransı keçiriləcək. Konfransa 195 ölkənin dövlət və hökumət rəhbərləri dəvət olunub. Azərbaycan və Ermənistan prezidentlərinin də bu toplantı çərçivəsində görüşmələri gözlənilir.(apa)
İnterpress.az