“Suriya dövləti Türkmənləri qoruyur”backend

“Suriya dövləti Türkmənləri qoruyur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, əməliyyatda terror təşkilatları hədəfə alınır. Vurulan hədəf Nusraya aiddir. Bölgədə olan cihadçı qruplar, daha əvvəl İŞİD-lə birgə qırğınlara imza atmışdılar.

Suriyada ticarət və əmək işlərində idarəçiliyə rəhbərlik edən edən Əli Türkmani Suriya ordusunun Rusiyanın hava dəstəyi ilə Bayır Bucaq bölgəsində apardığı əməliyyatlarda mülki vətəndaşların zərər gördüyü iddialarının həqiqəti əks etdirmədiyini söylədi. \”Əl-Qaidə\”-nin Suriya qolu olan \”Əl-Nusra\”-nın vurulduğunu qeyd edən Türkmani, Türkmənlər də Suriya vətəndaşı və dövlət onları qorumaq məcburiyyətindədir\” dedi.
Suriya Türkməni olan Əli Türkmani, Bayır Bucaq əməliyyatlarında terror təşkilatlarının hədəfə alındığını, regionda başlıca olaraq \”Əl-Nusra\”-nın fəaliyyətdə olduğunu qeyd edib. Bayır Bucaq bölgəsindəki terror təşkilatları üzvlərinin xaricdən gəldiyini deyən Türkmani \”İçlərində Türkmənlər də ola bilər,ancaq bu terror təşkilatlarında əsasən dünyanın müxtəlif yerlərindən gələn insanlar yaradır. Əməliyyatda terror təşkilatları hədəfə alınır. Nusra və digər terror təşkilatları vuruldu.\”dedi.

İnterpress.az