İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki,gündəlik mətbuat konfransı üçün kameralar qarşısına keçən ABŞ Xarici İşlər Nazirliyinin Sözçüsü Mark Toner, Türkmənlərin İŞİD-də qarşı əhəmiyyətli bir güc olduğunu bildirib: \”Daha əvvəl bir çox dəfə söyləmiş olduğum kimi, Türkmənlər, İŞİD-də qarşı bizim dəstəkləməyə çalışdığımız yerli qüvvələrdən biri kimi çox təsirli bir müharibə gücüdürlər.\”
Toner, Suriya ordusu ilə birgə hərəkət etmə məsələsinin müzakirə edilməsinə dair bir suala da, \”Hazırda xeyr!\” cavabını verib. Ancaq Toner, söhbət mövzusu Suriya olduqda, rəsmilərin müxtəlif ssenariləri müzakirə etdiklərini də sözlərinə əlavə edib. Digər tərəfdən, Toner, Suriya ordusunun Bayırbucaq Türkmən bölgəsində Rusiyanın da dəstəyini davam etdirdiyi əməliyyatda dinc vətəndaşların öldüyü iddiaları məsələsində də \”Xəbərləri görməmişəm. Bu xəbərlərin etibarlı olmasını təsdiq edə bilmərəm\” dedi.
Bu arada Toner, İran ilə P5+1 ölkələri arasında imzalanan yekun nüvə müqaviləsi üzərinə razılaşdıran və \”Ərak ağır su reaktorunun modernləşməsi\” üçün yaradılan işçi qrupuna ABŞ və Çinin başçılıq edəcəyini açıqlayıb.
Interpress.az