İnterpress.az türk mətbuatına istinadən xəbər verir ki, hökumətin yürütdüyü Suriya siyasətinin nəticəsi getdikcə şişir.İndi Türkmənlərlə Suriyalıları qarşı-qarşıya gətirmə təxribatları aparılır. 2011-ci ilin əvvəlində Suriya rəhbərliyi ilə heç bir problemləri olmayan Türkmənlərin bir qisminin AKP-nın təzyiqi ilə Dəməşq rəhbərliyi ilə araları pozuldu. Hadisələr ərəfəsində Türkmənlər Suriya rəhbərliyində ən yüksək pillələrə qədər yüksələ bilmişdilər. 18 İyul 2012-ci ildə Milli Təhlükəsizlik İdarəsinə edilən bombalı hücumda həyatını itirən Həsən Əli Türkmani də bunlardan biri idi. Türkmani 2002-ci ildə Baş Qərargah Rəisi, sonra da Prezident Əsədin müavini olmuşdu.
Suriyadaki prossesləri yaxından izləyən keçmiş Hatay millət vəkili Refiq Eryılmaz da hökumətin Suriya və Türkmən siyasətini tənqid etdi. Eryılmaz, \”AKP-nın Türkmənləri digər terror təşkilatlarıyla əməkdaşlığına məcbur etməsi böyük səhv olub. Hadisələrin başladığı 2011-ci ildə və sonra təxminən 2 ildə Türkmənlər Əsəd rəhbərliyi ilə birlikdə hərəkət edirdilər. Davudoğlu Türkmənlərə çox təzyiq edib. \”MİT\” (Milli İstihbarat Teşkilatı) Türkmənlərin digər qruplarla birlikdə hərəkət etmələrini təmin etmək üçün onlardan istifadə etdi. Fələstin təşkilatlarının Suriyadan çıxarılmasında izlənən üsula oxşar bir taktika izlənib. Suriyanın Hələb və Dəməşq kimi bölgələrində yaşayan Türkmənlər hökumətin siyasətini qəbul etmədilər. Amma Türkiyə sərhədinə yaxın, bəzi regionlarda yaşayan Türkmənlər AKP-nın oyununa aldaNdılar. AKP Türkmənləri oda atdı\”.
Interpress.az