İnterpress.az ərəb mətbuatına istinadən xəbər verir ki, \”Əl-Əxbar\” qəzetində çıxan xəbərə görə, ötən gün səhər saatlarından etibarən ordunun Şəbam və Əl-Kutun bölgələrindəki qərargahları iŞİD-in sıx hücumlarının hədəfi oldu və bu hücumlarda, Mənsur Hadini dəstəkləyən ordudakı briqadalara bağlı onlarca əsgər öldürülüb.
Yəmənin bir təhlükəsizlik qaynağı isə, Mənsur Hadi və BƏƏ qüvvələri ilə Əl-qaidə və İŞİD arasında razılaşmaya görə, hər iki qrupun arasındakı mümkün münaqişələrin qarşısını almaq üçün Hazramövt vadisinin İŞİD-ə və sahil rayonlarının isə Əl-Qaidəyə verildiyini və buna qarşılıq Ədənin tamamilə Hadi və tərəfdarlarına buraxıldığını bildirib.
Son zamanlar Hazramövtin sahil bölgəsini ələ keçirmək üçün İŞİD və Əl-Qaidə arasında şiddətli toqquşmalar baş verdi. Ancaq əldə olunan razılaşmaya görə, Hadini dəstəkləyən ordu qüvvələrinin Hadramövtin müxtəlif bölgə, kənd və şəhərlərindən çəkilərək İŞİD-ə təslim edilməsi və sahil hissələrinin isə Əl-Qaidəyə verilməsi qərara alınıb. Müqavilənin həyata keçməsi də Əl-Qaidə və İŞDİ-in Ədəndən çıxmalarına bağlandı.
Ənsarullah Hərəkatının siyasi şura üzvü Deyfullah Şamı, Hazramövtdə baş verən prosseslər haqqında bunları söylədi: Sözü gedən prosseslər, \”Hazramövtə qarşılıq Ədən\” planı çərçivəsində baş verən prosseslərdir. Mənsur Hadi və tərəfdarları, Guney Yəmən xalqının arasında qarşıdurma yaratmaq və xarici işğalçıların Yəmən torpağındakı varlığını qanuniləşdirmək məqsədilə İŞİD və Əl-Qaidənin fəaliyyətinə sahə açmaq niyyətindədir. BƏƏ qüvvələri isə hazırda, Hazramövtdə olan 4 hərbi qərargahda, eyni istiqamətdə İŞİD və Əl-Qaidə güclərinin təlimi ilə məşğuldular.
İnterpress.az