Rektorluqdan istefaya hazırlaşan deputatların könlünü aldılarbackend

Rektorluqdan istefaya hazırlaşan deputatların könlünü aldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rektorluqdan istefa verməsi gözlənilən 4 şəxsdən 3-nün Milli Məclisdə ayrı-ayrı komitələrə rəhbər seçilməsi maraq doğrurur.

Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı Milli Məclisin Ailə qadın və uşaq məsələləri komitəsinin, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov isə Səhiyyə komitəsinin sədri seçilib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasının rektoru Ağacan Abiyev isə heç bir komitəyə sədr seçilməyib.

Məlumat üçün bildirək ki, Aqiyə Naxçıvanlı və Əhliman Əmiraslanovun sədrlik edəcəyi komitələr yeni yaradılıb. Səməd Seyidov IV çağırış Milli Məclisdə də eyni komitəyə sədrlik edib.

Bununla da rektorluqdan istefa verəcək deputatların necə deyərlər, könlünü alıb, onları komitə sədri statusuna layiq gördülər.(modern)

İnterpress.az