İnterpress.az xəbər verir ki, bu barədə \”Report\”a tanınmış kamança ifaçısı Munis Şərifov məlumat verib.
Onun sözlərinə görə, festivalda türkdilli respublikalardan gəlmiş mədəniyyət və incəsənət xadimləri iştirak edirlər: \”Mari şəhərinə muğam üçlüyü ilə gedirik. Tar ifaçısı Davud Abdullayev, xanəndə Nuriyyə Hüseynova və mən. Türkdilli ölkələrin festivalında Azərbaycanı layiqincə təmsil edəcəyik\”.
Festival noyabrın 30-dək davam edəcək.
Xatırladaq ki, TÜRKSOY Türkmənistanın Mari şəhərini 2015-ci ildə “Türk dünyasının mədəni paytaxtı” elan edib. Bu münasibətlə il ərzində Mari şəhərində müxtəlif mədəni-kütləvi tədbirlər keçirilib.