\”Independent\” və \”Guardian\” qəzetləri başlıqlarına Devid Kameronun dünən açıqlamış olduğu yeni rabitə qanunlarını manşet olaraq yazdı. Terror əməllərinə qarşı kəşfiyyat məlumatı almaq üçün planlaşdırılan layihə, son 12 ay ərzində istifadəçilərin veb saytlarında və sosial media hesablarında etmiş olduqları hər bir hərəkəti, izləmək zəruriliyi gətirir.
\”Telegraph\” qəzeti isə ön səhifəsindəki həmcins cütlərlə bağlı olan xəbəri diqqət çəkdi. Maraqlı bir xəbərə imza atan \”Telegraph\” İngiltərədə Rəqs Şurasında keçirilən rəqs müsabiqələrində həmcins cütlərin iştirakının qadağan edilməsinin lazım olduğunu yazdı.
\”Times\” qəzeti isə kökəlmənin milli səhiyyə sistemi dairəsinə girdiyini, bundan sonra köklük xəstəliyindən əziyyət çəkən vətəndaşların pulsuz müalicə görəcəyini gündəminə daşıdı. Təxminən bir milyon vətəndaşı maraqlandıran qanuna görə İngilislər, artıq bu tip 2-ci diabet diaqnozu qoyulan xəstələr pulsuz mədə daraltma və ürək əməliyyatı olma haqlarına sahib ola bilərlər.
\”New York Times\”-ın bugünkü diqqət çəkən xəbərlərindən biri İran nüvə danışıqları ilə bağlıdır. Xəbərə görə Amerika adi silahların İrandan qırağa çıxması və ya ölkə daxilinə girməsinin qadağan olunmasını istəyir.
\”Financial Timesin\” manşetində isə Yunanıstanın yeni borc planını ödədiyi xəbəri verilib. \”Avropa Maliyyə Nazirləri Yunanıstanın Taleyini Həll Etməyə Hazırdır\” başlığı ilə verilən xəbər nazirlərin bu gün alacaqları qərarlar üzərində mümkün ssenarilərə dayandı.
İnterpress.az