İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Qazpromdan verilən məlumata görə, Qazprom Sədri Aleksey Miller, \”Bu səhər etibarilə Ukraynanın öcədənn ödəmə sistemi ilə aldığı qaz bitdi. Yeni qaz ixracı üçün də Ukrayna tərəfindən hər hansı bir ödəmə edilməyib. Beləliklə, Ukraynadan yeni ödəmə gələnə qədər, bu ölkəyə qaz ixracını dayandırmışıq\” dedi.
Ukrayna Milli Qaz Şirkəti \”Naftogaz\”-ın Sədri Andrey Kobolev, keçdiyimiz günlərdə etdiyi açıqlamada, Ukraynanın bu qış artıq Rus qazı almayacağını söyləmişdi.
İnterpress.az