Müxbirimiz Dünya Azərbaycanlıları Konqresinin tərkibində fəaliyyət göstərən “İrəvan xanlığı torpaqlarına ( indiki Ermənistana) Dönüş” İctimai Birliyinin rəhbəri Səməndər Çaxmaqlı ilə görüşmüş və son zamanlar Ə.Hümbətovun qeyri-qanuni hərəkəti ilə bağlı suallarla müraciət edib:
– Səməndər müəllim, bu satqın “polkovnik” Əlikram Hümbətovun məqsədi nədir, kimlərə və nəyə güvənərək belə addımlar atır?
– Əvvəla, mən onun qısaca tərcümeyi-halını nəzərinizə çatdırmaq istərdim. Ə.Hümbətov 1948-ci ildə Lerik rayonun Halabun kəndində anadan olmuşdur. Rayonda kiçik bir vəzifəni icra etmişdir. 1990-1991-ci illərdə ASDP-nin üzvü olmuş, 1992-ci ildə AXC üzvlüyünə keçmiş, 1992-1993-cü illərdə Azərbaycan Müdafiə Nazirinin müavini işləmiş, 1993-cü ildə Talış Muğan Muxtar Respublikasını təsis etmiş, sonralar özünü bu qondarma qurumun prezidenti elan etmiş və həmin dövrdə müdafiə naziri Rəhim Qazıyev tərəfindən saxta polkovnik rütbəsi verilmişdir…
Azərbaycan milli dövlətçiliyini parçalamaq yolunda talış seperatçılığı fəaliyyətinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin hökmü ilə 1996-cı ildə azadlıqdan məhrum edilmiş, 2004-cü ildə əfv edilmiş, 2005-ci ildə Azərbaycan vətəndaşlığından çıxarılmışdır. Göründüyü kimi, Əlikram Hümbətov talış milləti arasında heç nəyə qadir olmayan, savadsız və səviyyəsiz bir adam olmuşdur. Onun 1983-cü ildə təsis etdiyi TMMR-sı da illərin ölüsü kimi torpağa gömülmüşdür. Çünki bölgədə yaşayan, azsaylı xalq olan talışlar minilliklər ərzində Azərbaycan türkləri ilə qaynayıb qarışmış, hərtərəfli münasibətlər yaranmış və indi elə bir talış nəsli tapılmaz ki, müxtəlif formada türklərlə qohumluq əlaqəsi olmasın.
Lakin keçən əsrin əvvəllərindən başlayaraq, Azərbaycan dövlətini parçalamaq, onun müstəqil dövlət kimi formalaşmasının qarşısını almaq üçün bir zamanlar bolşevik Rusiyası, sonralar isə indiki Rusiya dövləti Azərbaycanda yaşayan azsaylı xalqların seperatçı qüvvələrindən daim istifadə etmişdir. Yadınızdadırsa, Rusiya xüsusi xidmət orqanları müstəqilliyimizin ərəfəsində Azərbaycanda yaşayan azsaylı xalqlardan ölkəmizi parçalamaq üçün ermənilərə “Miyasum” (birləşmək), ləzgilərə “Sadval”, talışlara “Talış Muğan Respublikası”, kürdlərə “Mərdane Kurdi”, tatlara isə “Qardaşlıq” kimi seperatçı təşkilatlar yaratdılar. Bundan savayı, İslam dininin mühafizəkar təriqətlərini təbliğ edən, əhalini fanatizmə sürükləyən qalaq-qalaq radikal dini kitablarla silahlandırdılar. Çox müsbət haldır ki, göstərdiyim bu və ya buna oxşar digər təşkilatlar
Azərbaycan xalqı tərəfindən məhv edildi və bugün də ara-sıra baş qaldıran anti-Azərbaycan birlikləri və təriqətləri də layiq olduqları paylarını alacaqlar. Sualınıza konkret cavab olaraq bildirirəm ki, Ə.Hümbətov kimilərinin Azərbaycana qarşı seperatçı hərəkətlərə rəvac verən Rusiya və İran dövlətləridir və Azərbaycanda yaşayan azsaylı xalqların korrupsiya və rüşvətxorluğa qurşanmış, harınlaşmış, seperatçı məsləkli dövlət məmurları və onların fitnəsinə uyan bəzi radikal qüvvələrdir. İndi Azərbaycana qarşı baş qaldıran bütün seperatçıları maliyyələşdirən də sadaladığım qüvvələrdir. Rusiya Azərbaycan dövlətinin müstəqilliyini və inkişafını heç cür qəbul edə bilmir. Tarixən düşmən mövqedə dayanmış bu ölkə 200 ildən çoxdur ki, tutduğu yoldan dönmək fikrində deyil.
İran ölkəsi ərazisində yaşayan 35 milyondan çox Azərbaycan türkü pozulmuş hüquqların bərpası üçün gec-tez ayağa qalxaraq öz insani hüquqlarını bərpa edəcəkdir. Bu qorxu, İranın ölkəmizə düşmən olan bütün qüvvələrlə qardaşlıq münasibətinə gətirib çıxarmışdır. Bu günlərdə Ə. Hümbətzadəni xəritə ilə “silahlandıraraq”, Azərbaycan torpaqlarının İrana məxsus olduğunu ortaya atması qatı düşmənçiliyin əlamətlərindən biridir.
Ölkədə hər cür aristokratik yaşayış tərzi əldə edən, kasıb-kusub talış xalqını hesaba almayan qudurğanlaşmış talış seperatçıları o zaman da, bü gün də Ə.Hümbətova dəstək verərək, öz çirkin əməllərini həyata keçirməyə çalışırlar. Yadınızdadırsa, TMMR təsis edildikdən dərhal sonra indi hökumətdə təmsil olunan talış millətindən olan bəzi dövlət məmurları və başqaları Ə.Hümbətovu təbrik etmək üçün gecə ilə gizlincə onun yanına getmiş və ona bu işdə xeyir-dua vermişdilər. Bu gün də bu proses bəzi separatçı qurumlar tərəfindən davam etdirilməkdədir. Atalar çox gözəl deyib – ağacı qurd içindən yeyər. Bir də ki, ölkənin MTN quldurluqla məşğul olursa, yalnız və yalnız ölkəyə narkotik maddələrin gətirilməsini güdürsə bu belə də olmalı idi. Bu günlər ölkədə narkotik vasitələrin yayımı tüğyan edir. DİN,
Sərhəd qoşunları, Gömrük işçiləri və digər əlaqədar qurumlar hara baxırlar?
Son zamanlar ölkə prezidenti cənab İ.Əliyevin xalqın, cəmiyyətin, sağlam qüvvələrinə arxalanaraq, ölkədə baş alıb gedən rüşvətxorluğa, korrupsiyaya, talançılığa, qudurğanlığa qarşı apardığı kəskin mübarizə xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Prezidentin xalq arasında reytinqi birə-beş artmışdır. Cəmiyyət bu kimi azğınlıqların kökünün kəsiləciyinə inanır. Bütün nazirliklərin iş fəaliyyətinin yoxlanması vacib məsələlərdən biridir.
– Səməndər müəllim, Əlikram Hümbətovun son zamanlar daha da fəallaşması, ayrı-ayrı ölkələrə səfər etməsi, həmin ölkələrdə anti-türk, anti-Azərbaycan şüarlar səsləndirməsi, düşmənçilik təbliğat-təşviqat işləri ilə məşğul olmasını necə qiymətləndirirsiniz?
– Qeyd edim ki, Əlikram və onun kimilərin əfv edilməsi ən böyük səhvlərdən biri idi. Mən onun kimilərin çoxunu 1980-ci illərin əvvəllərindən tanıyıram. Onların əksəriyyətinin hansı əqidəyə malik olduğunu da bütün Azərbaycan xalqı çox gözəl bilir. Əlbəttə, bu adamlar arasında ölkəmizin azadlıq və müstəqilliyi uğrunda həyatını qurban verməyə hazır olan və qurban verən vətənpərvər insanlar da az deyildi. Onlar axıra qədər öz müqəddəs borclarını yerinə yetirdilər.
Ə. Hümbətovun Azərbaycan vətəndaşlığında mərhum edilməsi ikinci böyük səhvlərdən biri olmuşdur. O indi, Hollandiya vətəndaşıdır. İstədiyi kimi addım atmağa səlahiyyətləri vardır. Lakin heç də həmişə mövcud qanunlar satqın və xəyanətkarları, onu və himayəçilərini hər şeydən xilas etmir. Gəlin onun tarixi düşmənlərimizlə münasibətinin xronikasını izləyək.
2013-cü ilin axırlarında İrəvana sərbəst səfər etmiş və özünü Talış Muğan Respublikasının “prezident”i adlandırmış Ə.Hümbətov düşmən ölkədə, Yerevan (İrəvan) Dövlət Universitetinin İranşünaslıq kafedrasında qəsdən yaradılmış “Talışşünaslıq” üzrə magistr proqramının açılışında iştirak edərək çıxış etmiş və Azərbaycan əleyhinə yalan və iftiralar yağdırmışdır. 20-30 erməni quldurlarının iştirak etdiyi görüşdə özü və tərəfdarları tərəfindən hazırlanmış “talış bayrağı” nümayiş etdirilmiş, qondarma “Lənkəran himni” səsləndirilmişdir. Tədbirdə Ələkrama rus dilində “Talış xalqının tarixi və mədəniyyəti müqəddiməsi”, “Talış xalq nağılları” təqdim edilmiş, yaxın vaxtlarda “Talış əlifbası dərsliyi”nin tərtib olunacağı, “İslam Təhqiqatlar Mərkəzi”nin və “İmam Əli Tehran Humanitar Təhqiqatlar Mərkəzi” ilə birlikdə müqəddəs Qurandan seçilmiş ayələr talış dilinə tərcümə edilərək ona çatdılacağı bildirilmişdir. Göründüyü kimi fars-erməni birliyi talış qardaşlarını heç vaxt nəzərdən qaçırmayacaqlarına əmin etmişlər. Bütün bunlar Ələkrəm kimi satqın bir adamın ələ alınması görüntülərindən başqa bir şey deyildir.
– Səməndər müəllim, Ələkrəmin qondarma erməni soyqırımının yüzilliyi ilə bağlı “Dünya erməniləri”nə müraciəti azərbaycanlılar arasında böyük rezonansa səbəb oldu. Ona və yaxınlarına müxtəlif yollarla cəza verilməsi, necə olursa-olsun onun ölkəyə gətirilməsi və xalqın mühakiməsinə verilməsi kimi tələblər irəli sürüldü. Sizin buna münasibətiniz?
– Bilirsiniz, Ələkrəm kimilərinə qarşı cəzasızlıq yolu tutmaq və ya güzəştə getmək düzgün deyildir. O, Vətən xainidir. Ancaq, onun yaxınlarına qarşı hansısa cəza addımı atmaq düzgün deyildir. Onların nə günahı var? Onun özünü yerində oturtmaq lazımdır! Satqın Əkrəm Əylisliyə qarşı liberal mövqe tutulduğundan o da yavaş-yavaş meydana atılmağa başlayır. Vaxtında onun “Daş yuxular” əsərinə görə cəzasını versəydilər, bir də heç vaxt sarsaqqulu yuxular görməzdi. Belələrinə heç bir güzəşt edilməməlidir. Fikir verin, bu gün ölkəmizi müxtəlif səbəblərdən tərk etmiş, narazı qalmış onlarla vətəndaşlarımızdan əksəriyyəti tarixi düşmənlərimizin qarşısında simasını itirərək bu dərəcədə nakişilik etməmişlər.
Ələkrəm qanmır ki, erməni quldurları Qarabağda minlərlə soydaşlarımızı (o cümlədən talışları) qətlə yetirmiş, bir milyondan çox insan yurd-yuvasından, var-dövlətindən məhrum edilmiş, əhaliyə milyardlarla ABŞ dolları həcmində ziyan vurulmuşdur.
Ötən əsrin 90 ili ərzində İrəvan xanlığının (indiki Ermənistanın) 29.000 kvadratkilometr torpaqlarından 3,5 milyondan çox Azərbaycan türkləri dədə-baba yurdlarından qovulmuş, yüz minlərlə günahsız insanlar qətlə yetirilmişdir. Təkcə 1989-1990-cı illərdə Qərbi Azərbaycandan – İrəvan xanlığı torpaqlarından (indiki Ermənistandan) 250.000 nəfərdən çox azərbaycanlılar qovulmuş, var-dövləti talan edilmiş, tarixi abidələri yer üzündən silinmişdir. İndi o torpaqlarda bir nəfər də olsun Azərbaycan türkü yaşamır.
Erməni faşistləri tərəfindən insanlığa yaraşmayan zülmlərə məruz qalmış bu insanlar və Azərbaycan xalqı, erməniyə satılmış Əlikrama gec-tez layiq olduğu cəzanı verəcəklər.
Görün, Ələkrəm hansı səviyyədə düşmənə itaətkarlıq edir:
O, erməniləri “qardaş” adlandırır və talış xalqının onlarla birgə olduqlarını bildirərək, Dağlıq Qarabağm ermənilərinin “azadlıq mücadiləsi”ni dəstəkləyir.
O, qondarma erməni soyqımını həqiqətən baş verdiyini təsdiqləyir və dünya ermənilərinə başsağlığı verir: “Bir milyondan çox erməninin Osmanlı pantürkistləri tərəfindən qətlə yetirilməsi, erməni xalqını yer üzündən silə bilmədi. Və biz bu gün demokratik dövlət olan Ermənistan Respublikasını görürük… Şeytanlar böyük erməni xalqına qalib gələ bilmədilər.”O, türkləri şeytan adlandırır.
Azərbaycanda talışların vəziyyəti haqqında danışır: “Talışlar hər cür vəhşiliyə və təcavüzə məruz qalırlar. Minlərlə talışlar MTN divarları arasında məhv edilirlər. Öz doğma torpaqlarında qul vəziyyətində yaşayırlar.” və s.
Siz bu şərəfsizin səviyyəsinə fikir verin. Ona görə deyirlər ki, abırsıza öyüd-nəsihət kar eləməz. Onu kötəkləmək lazımdır.
– Səməndər müəllim, Ələkrəm Hümbətovun son zamanlar İran İslam Respublikasına gizli səfəri ilə bağlı məlumat yayıldı və məlum oldu ki, o orada Azərbaycan Respublikasının müstəqilliyi və dövlətçiliyi əleyhinə çıxışlar edir, görüşlər keçirir, sosial şəbəkələrdə xəritələr yayır…
– Bilirsiniz, bugün İranda İslamla bağlı heç bir əlamət qalmamışdır. Bu günə qədər İranın xristian ermənilərə etdiyi yardım və qardaşlıq münasibəti olmasaydı, ermənilər Qarabağ torpaqlarını çoxdan tərk etmişdilər. Bu ölkədə ABŞ və dünya dövlətlərindən, o cümlədən Şimali Azərbaycandan istənilən narazı adamlar rəğbətlə qarşılanır və həmin adamların vasitəsilə aid olduqları dövlətlərin əleyhinə müxtəlif formada şər-böhtanla, müxtəlif təxribatlarla təzyiq göstərilir. Bu molla rejimini ən çox qıcıqlandıran və fürsət düşən kimi, ona düşmənçilik münasibəti bəsləyən dövlət Azərbaycan Respublikasıdır. Bu da ondan irəli gəlir ki, 1.648.000 kvadratkilometr ərazisinin 640.000 kvadratkilometrində 35 milyondan çox azərbaycan türkləri yaşayır. İstənilən vaxt bu türklərin Şimali Azərbaycanla birləşmək ehtimalı çox böyükdür. Deyilənə görə, Ələkrəm gizli yolla İranda olmuş, erməni qardaşlarına xidmət etdiyi kimi indi də fars qardaşlarına xidmət etməyi özünə borc bilmişdir. Farslar bu satqının əlinə bir xəritə verərək ölkəmizə qarşı təxribat kompaniyasına qoşmuşlar. Sual olunur, Azərbaycan torpaqlarının bir qisminin guya fars torpaqları olmasının bu sərsəm talış üçün nə əhəmiyyəti var? Aldığımız məlumata görə, Ələkrəm keçirdiyi görüşlərdə İrəvanda və Qarabağda olduğu kimi, talışların böyük əsarət altında yaşadıqlarını, onların İslam mərasimlərinin həyata keçirilməsinə qadağalar qoyulduğunu, milli adət-ənənələrə yabançı münasibət bəslənməsi və s. barədə geniş diskussiya açmışdır.
Yəqin ki, talış ziyalıları və sadə camaat yaxşı bilir ki, Azərbaycanda yaşayan müxtəlif xaqların milli mədəniyyətinə hörmət təcəssümü dövlət tərəfindən qorunur. Bu ölkədə mövcud olan inanc və əqidələrə dözümlü yanaşılır, həmin dini, məzhəbi daşıyan insanlara hörmətlə yanaşılır. Bu əsl tolerantlıqdır. Kim talışların şiə məzhəbinə məxsus dini mərasimlərin keçirilməsinin ələyhinədir?
Azərbaycan Respublikası çoxmilləti türk dövlətidir. Bu dövlətin 9,5 milyon əhalisi vardır. Bu əhalinin 95%-i Azərbaycan türkləridir. 5%-ni isə talış, kürd, ləzgi, yəhidi, rus, avar, gürcü, tat və başqa millətlər təşkil edir. Ölkədə bütün millətlər arasında hörmət, dostluq, qardaşlıq, qohumluq münasibətləri həmişə diqqət mərkəzində olmuşdur. Heç bir Azərbaycan türkü azsaylı xalqlara qarşı qeyri-səmimi münasibət bəsləməmişdir. Onların milli heysiyyatına zərbə vuracaq bir addım belə atılmamışdır. Lakin çox zaman bunun əksinin şahidi olunmuşdur. Bu gün Azərbaycan dövlətində icraedici, qanunverici, hüquq-mühafizə və digər orqanlarda çalışan, yüksək vəzifə daşıyan azsaylı xalqların nümayəndələrinin sayı Azərbaycan türklərinin sayından çoxdur.
Bu türk səmimiyyətindən, türk insanpərvərliyindən və bütün azsaylı xalqlara dostluq münasibətindən irəli gəlir. Bütün azərbaycanlılara qarşı nankorluq, satqınlıq və xəyanət edənlər layiqli cəzalarını almalıdırlar.
İnterpress.az