İnterpress.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin eks-prezidenti Abdullah Gül prezident R. T.Ərdoğanın Yaxın Şərq, xüsusən də Suriya siyasətini tənqid edərək bəyan edib ki, \”əminəm ki, Ərdoğanın dəlilikləri nəticəsində Yaxın Şərqdə qan tökənlər tezliklə qonağımız olacaq və bu siyasət ölkənin dağılması ilə nəticələnəcək”.
A.Gül etiraf edib ki, Türkiyənin cəsus şəbəkələri Suriya hökumətini devirmək istəyən hər bir təkfirçi qrupa ən üst səviyyədə dəstək verib.
İŞİD-ə qarşı vuruşan ABŞ liderliyindəki koalisiyanı \”axmaqlar klubu” adlandıran eks-prezident bəyan edib ki, İŞİD və Əl-Nusra da daxil olmaqla bütün Əl-Qaidə ilə bağlı qruplar Qərbin kəşfiyyat orqanları ilə birlikdə işləyir.
A. Gül əlavə edib ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı ilə İŞİD eksremist terrorçuları arasında qarşılıqlı əməkdaşlıq mövcuddur.