İnterpress.az Güneyli mənbəyə istinad edərək xəbər verir ki, Güney Azərbaycan mənbələrinin yaydığı məlumata görə, \”ETTELAAT\”-ın Meşkinşəhr şöbəsinin əməkdaşları son günlərdə Siyamək Seyfini tutmaq üçün iki dəfə onun qaldığı ata evinə basqın ediblər. Lakin fəal, hər iki hücum zamanı evdə olmayıb. Nəticədə \”ETTELAAT\” məmurları gənc fəalın valideynlərini hədələyiblər.
Təhlükəsizlik qüvvələri fəalın ailə üzvlərinə deyiblər ki, o ifadə vermək üçün \”ETTELAAT\” idarəsinə gəlməlidir. Əks təqdirdə onun həbs olunması üçün tədbir görəcəklər”.
Qeyd edək ki, iki həftə əvvəl Güney Azərbaycanın müxtəlif şəhərlərində fars irqçiliyinə qarşı kütləvi etirazlardan sonra dinc fəallara qarşı təzyiqlər gücləndirilib.
İnterpress.az