Sumqayıtda 23 yaşlı oğlan faciəli şəkildə ölübbackend

Sumqayıtda 23 yaşlı oğlan faciəli şəkildə ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində, plastik qab istehsal edən sexin dəzgahının arasında bir nəfərin sıxılıb qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə baxış keçirərkən məlum olub ki, 1992-ci il təvəllüdlü Şirinov Nurlan Mehman oğlu dəzgahın arasında sıxılmış vəziyyətdə qalaraq ölüb. Xilasedicilər cəsədi çıxarıb aidiyatı üzrə təhvil veriblər.