İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin, \”Su-24\” tipli döyüş təyyarəsinin vurulması haqda açıqlamasından sonra Türkiyənin Moskvadakı Səfirliyi qarşısında etiraz edən bir qrup, binanın şüşələrinə yumurta atıb. Müxtəlif şüarlar səsləndirən etirazçılar, səfirlik binasına daşlarla hücum edib. Binanın 2-ci və 3-cü mərtəbəsinin şüşələri sınıb.
İnterpress.az