Türkiyə və Rusiya XİN rəhbərləri görüşəcəkbackend

Türkiyə və Rusiya XİN rəhbərləri görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mövlud Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı Türkiyə-Rusiya münasibətlərinin vəziyyəti müzakirə olunub. M.Çavuşoğlu noyabrın 24-də Rusiyaya məxsus “Su-24” tipli döyüş təyyarəsinin Türkiyənin hava sərhədini pozduğu üçün vurulmasının səbəbləri barədə həmkarını məlumatlandırıb. Tərəflər qərara gəliblər ki, bu məsələ diplomatik və hərbi kanallar vasitəsilə araşdırılsın. Bildirilir ki, nazirlər ən yaxın günlərdə görüşmək barədə razılığa gəliblər.

Qeyd edək ki, Sergey Lavrovun noyabrın 25-də Türkiyəyə nəzərdə tutulan səfəri yaranmış vəziyyətlə əlaqədar ləğv olunub.

İnterpress.az